Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Grand Chess Tour 2019” turnirində rapid yarışına yekun vurulub

Bakı, 9 noyabr, AZƏRTAC
Noyabrın 8-də Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışının son 3 turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 7-ci turda hollandiyalı Aniş Giri, 8-ci turda amerikalı Fabiano Karuananı məğlub edib. Son turda isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib. Ş.Məmmədyarov yekun nəticəyə görə, 10 xalla ikinci-dördüncü yerləri bölüşür. Birinci yerdə 12 xalla ukraynalı şahmatçı Anton Korobov qərarlaşıb.
Noyabrın 9-10-da isə blits turniri keçiriləcək. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.

İdman 2019-11-08 23:50:00