Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması ilə bağlı təlim-seminar keçiriləcək

Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 12-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) zorakı ekstremizm və radikallaşmanın qarşısının alınması mövzusuna həsr olunan birgünlük təlim-seminar keçirəcək.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, interaktiv və məlumatlandırıcı təlim-seminar sosial fenomen olan radikallaşmaya dair məlumatlılığı artırmaq və şəxsləri ekstremist cəlbolunmalara açıq edən fərdi həssaslığı müzakirə etmək məqsədi daşıyır.
Tədbir icma dayanıqlılığı və qabaqlayıcı strategiyaların həyata keçirilməsi üzrə böyük britaniyalı mütəxəssis Qaffar Husseyn tərəfindən keçiriləcək.
Təlim-seminar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə icra edilən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində təşkil olunacaq.

Sosial 2019-11-08 20:09:00