×
A
A
A
Sazlamalar

Antalyada İqtisadi Əməkdaşlıq Təşkilatı ekspertlərinin iclası keçirilib

Antalya, 8 noyabr, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 24-cü iclası noyabrın 9-da Türkiyənin Antalya şəhərində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, noyabrın 8-də Antalyada Nazirlər Şurasının iclasına hazırlıq məqsədilə ekspertlərin iclası keçirilib. Azərbaycanın geniştərkibli heyətlə iştirak edəcəyi iclasda təşkilata sədrlik Tacikistandan Türkiyəyə keçəcək.
Qeyd edək ki, Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. 1992-ci ildən İƏT-in üzvü olan Azərbaycan təşkilatda ən fəal ölkələrdəndir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya

İqtisadiyyat 2019-11-08 19:58:00