×
A
A
A
Sazlamalar

“Nağdsız Cəmiyyət Günləri” çərçivəsində “Oracle Meetup” tədbiri təşkil edilib

Bakı, 8 noyabr, AZƏRTAC

“Nağdsız Cəmiyyət Günləri” çərçivəsində “Oracle Meetup” tədbiri keçirilib.
Azərbaycan Banklar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, “Oracle” şirkətinin nümayəndələri bank sektorunda artan rəqabət çərçivəsində müştərilərə olan yanaşmadakı dəyişikliklər, onların maliyyə ehtiyaclarını qiymətləndirməkdə və xidmətlər təqdim etməkdə yüksək texnologiyalardan və süni intellektdən istifadə imkanları ilə bağlı təqdimatlar ediblər.
Tədbirdə maliyyə idarəetməsi və back office əməliyyatları üzrə yenilikçi həllər haqqında iştirakçılara məlumat verilib.

 

Maliyyə 2019-11-08 19:38:00