Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb

Bakı, 8 noyabr, AZƏRTAC

Paralimpiyaçımız Kamil Əliyev Dubayda keçirilən paraatletika üzrə dünya çempionatının birinci günündə uğurla çıxış edib.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, K.Əliyev uzunluğa tullanma üzrə T-12 kateqoriyasında 7 metrlik nəticə göstərib. Bu nəticə ilə dünya çempionatında üçüncü yerə çıxan idmançımız “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Beləliklə, Paralimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı beşə çatıb.
Dünya çempionatı noyabrın 15-dək davam edəcək. Növbəti günlərdə digər idmançılarımız da yarışa qatılacaqlar. Bundan əvvəl Yelena Taranova və Kamran Zeynalov güllə atıcılığı, Elşən Hüseynov parapauerliftinq, Roman Saley isə paraüzgüçülük üzrə lisenziyanı təmin ediblər.

 

İdman 2019-11-08 19:29:00