Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avtomobildən və evdən oğurluq edən şəxslər saxlanılıb

Bakı, 8 noyabr, AZƏRTAC 

Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları rayonda “VAZ-2107” markalı avtomobildən 1300 manat məbləğində pul, maqnitofon və bank kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Sultanovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları isə noyabrın 6-da rayondakı evlərin birindən V.Mütəllimovun bank kartını oğurlayaraq hesabındakı 210 manatı çıxarmaqda şübhəli bilinən Çərəkə kənd sakini A.Mütəllimovu yaxalayıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-11-08 19:19:00