Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qəbələdə məktəblilərin əl işlərindən ibarət sərgi açılıb

Qəbələ, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayon Heydər Əliyev Mərkəzində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan rəsm sərgisi açılıb.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sərgidə 31 yeniyetmə və gəncin üçrəngli bayrağımız mövzusunda çəkdikləri rəsmlər nümayiş etdirilib. Sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Dövlət Bayrağı Günü münasibətilə rayon məktəblilərinin Heydər Əliyev Mərkəzinə ekskursiyaları da təşkil olunur.
Əlamətdar bayram münasibətilə rayonun təhsil müəssisələrində şeir və rəsm müsabiqələri keçirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

 

Regionlar 2019-11-08 19:16:00