Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dövlət Bayrağı Günü münasibətilə ədəbi-bədii gecə təşkil olunub

Bakı, 8 noyabr, AZƏRTAC 

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzi ilə birgə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə ədəbi-bədii gecə təşkil edib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bədii hissədən əvvəl tələbələrə üçrəngli bayrağımızın tarixi haqqında ətraflı məlumat verilib.
Tələbələr Azərbaycan, dövlət bayrağımız, milli atributlarımız haqqında şeirlər söyləyib, nəğmələr ifa ediblər.

Elm və təhsil 2019-11-08 18:41:00