Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Samboçumuz dünya çempionatında bürünc medal qazanıb

Bakı, 8 noyabr, AZƏRTAC

Koreya Respublikasının Çeongju şəhərində Azərbaycan idmançılarının da qatıldıqları sambo üzrə dünya çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, turnirdə 5 samboçumuz - Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fuad Məmmədov (62 kq), Emil Həsənov (68 kq) və Nizami Məmmədov (100 kq) çıxış edir.
Yarışın ilk günündə samboçumuz E.Həsənov üçüncü yeri tutub.
Dünya çempionatı noyabrın 10-dək davam edəcək.

İdman 2019-11-08 18:47:00