Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

ABŞ-ın startap təcrübəsi UNEC-də

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və ISE Startap Klubunun birgə təşkilatçılığı ilə “ABŞ-ın startap təcrübəsi” mövzusunda təlim keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, təlimdə ABŞ-ın San Dieqo Universitetinin məzunu, beynəlxalq biznes konsultantı Metyu Şvimmer
öz təcrübələri və tədqiqat nəticələrindən danışıb.
Təlimdə startapların investisiya qazanmaq imkanları, investor axtarışı, beynəlxalq arenalara çıxış fürsətləri, maliyyə vəsaitlərinin bölüşdürülməsi, risklərin idarə edilməsi, ABŞ-ın Silikon Vadisindəki startap ekosistemi barədə praktik biliklər paylaşılıb.

 

 

Elm və təhsil 2019-11-08 17:20:00