Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bişkekin mərkəzində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb

Bişkek, 8 noyabr, АZƏRTAC
Noyabrın 8-də Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində yerləşən “Antoşka” kafesində ardıcıl üç partlayış baş verib.
AZƏRTAC Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, partlayışlar nəticəsində kafenin işçisi olan bir qadın ölüb, 15 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar da var.
İlkin məlumata görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib.
Qırğızıstanın Baş Naziri Muxammedkalıy Abılqaziev partlayışın baş vermə səbəblərinin diqqətlə araşdırılması barədə tapşırıqlar verib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2019-11-08 17:19:00