Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyasının sədri bölgələrdə vətəndaşları qəbul edib

Bakı, 8 noyabr, AZƏRTAC 

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri daim diqqət mərkəzində saxlanılır.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 8-də Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Şamaxı Rayon Məhkəməsinin inzibati binasında vətəndaşların qəbulunu keçirib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.
Vətəndaşlar onların əlverişli şəraitdə qəbulundan və müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sosial 2019-11-08 17:21:00