Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cənub bölgəsinin müharibə iştirakçıları “Qarabağa doğru yürüş” kampaniyasına qoşulublar

Biləsuvar, 8 noyabr, AZƏRTAC

Müdafiə Nazirliyi, Biləsuvar Rayon icra Hakimiyyəti və Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Biləsuvarda Bayraq yürüşü təşkil edilib.
AZƏRTAC xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə sağlamlığını itirən Qarabağ müharibəsi veteranları Dövlət Bayrağı Günü münasibətilə avtomobillərlə yürüş ediblər. Bununla onlar həm də “Qarabağ Azərbaycandır və nida işarəsi” kampaniyasına qoşulublar.
“Qarabağa doğru yürüş” kampaniyasına veteranlar ölkənin 3 istiqamətindən dəstək veriblər. Aksiyaya qatılan cənub bölgəsinin müharibə iştirakçılarının start nöqtəsi Biləsuvar olub. Üçrəngli dövlət bayrağımızla bəzədilmiş avtomobillərlə yola çıxan yürüş iştirakçılarının dayanacaq yeri Tərtər rayonu olacaq.
Aksiya burada təntənəli mərasimlərlə davam edəcək.

 

Regionlar 2019-11-08 17:30:00