Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İran səmasında pilotsuz uçuş aparatı vurulub

Tehran, 8 noyabr, AZƏRTAC.

İranın Hava Hücumundan Müdafiə Qüvvələri Xusistan vilayəti üzərində pilotsuz uçuş aparatı (PUA) vurub.
AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, PUA-nın üzərində heç bir tanınma nişanı olmadığına görə onun hansı ölkəyə məxsusluğu bilinmir.
Hadisə barədə hələlik rəsmi məlumat verilməyib. Körfəzə yaxın yerləşən Xuzistan vilayətində bir sıra strateji obyektləri var. İri limanlarla yanaşı, burada nüvə obyektləri də fəaliyyət göstərir.
İranın xüsusi xidmət orqanları hadisə ilə bağlı təhqiqat aparırlar.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2019-11-08 17:05:00