Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın pencak-silat millisi ABŞ-da keçiriləcək 44-cü Dünya Döyüş Oyunlarında iştirak edəcək

Bakı, 8 noyabr, AZƏRTAC
2020-ci il martın 6-8-də ABŞ-da məşhur idmançı Arnold Şvartseneggerin şərəfinə 44-cü Dünya Döyüş Oyunları keçiriləcək. Pencak-silat idman növü mötəbər turnirdə debüt edəcək.
AZƏRTAC xəbər verir ki, turnirdə pencak-silatla yanaşı, cüdo, taekvondo, karate, sambo, uşu, kunq-fu və digər döyüş növləri üzrə yarışlar təşkil olunacaq.
Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının vitse-prezidenti Abbas Hünbətov yığma komandamızın üzvlərinin mötəbər yarışa qatılacaqlarını deyib.
Bildirib ki, Azərbaycanın pencak-silatçıları dünyada ciddi rəqib kimi qəbul olunurlar. Millimizin üzvləri arasında Avropa və dünya çempionatlarının qalib və mükafatçıları var. Ümid edirəm ki, idmançılarımız ABŞ-da təşkil olunacaq Dünya Döyüş Oyunlarında da uğurla çıxış edib, qazandıqları medallarla xalqımızı sevindirəcəklər.
A.Hünbətov qeyd edib ki, artıq yarışa hazırlıqla bağlı müəyyən planlar üzərində işləyirik. İlin sonunadək pencak-silatçılarımızı ciddi sınaqlar gözləyir. Ümumilikdə cari ili idmançılarımız üçün uğurlu hesab etmək olar.

İdman 2019-11-08 17:13:00