Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ukrayna və ABŞ müdafiə sahəsində əməkdaşlıq barədə protokol imzalayıblar

Kiyev, 8 noyabr, AZƏRTAC 

Kiyevdə Ukrayna və Amerika arasında müdafiə sahəsində əməkdaşlığa dair məsləhətləşmələr aparılıb.
AZƏRTAC Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, məsləhətləşmələrin yekunlarına əsasən iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən protokol imzalayıb.
Ukrayna Müdafiə nazirinin müavini Alina Frolovanın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə sahəsində əməkdaşlığın əsas aspektlərini amerikalı həmkarları ilə müzakirə edib. Görüşdə Ukraynada müdafiə sahəsində islahatların perspektivləri və bu prosesdə ABŞ-ın dəstəyi barədə söhbət gedib.
Amerikalı həmkarlar islahat istiqamətində mühüm uğurlar əldə edildiyini və Ukrayna Silahlı Qüvvələrinin imkanlarının artmasını vurğulayıblar.

Rüstəm Məmmədov
AZƏRTAC
Kiyev

Dünya 2019-11-08 16:31:00