Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Moskva Dövlət Universitetinin Bakı Filialının tələbələri Neft-Kimya Prosesləri İnstitutunda diplom işləri yerinə yetirəcəklər

Bakı, 8 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının Kimya fakültəsinin tələbələri ilə görüşüb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu tələbələr NKPİ-də diplom işlərini yerinə yetirəcəklər.
Akademik Vaqif Abbasov tələbələrlə diplom işlərinin mövzularını müzakirə edib, onlara məsləhət və tövsiyələrini verib, suallarını cavablandırıb.

Elm və təhsil 2019-11-08 16:27:00