Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Universitetində Dövlət Bayrağı Günü qeyd olunub

Bakı, 8 noyabr, AZƏRTAC 

Azərbaycan Universitetində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə dövlətçiliyimizin və onun rəmzlərindən olan Azərbaycan bayrağının böyük tarixi yol keçdiyi və dövlət atributu kimi əhəmiyyəti vurğulanıb, yaranma tarixi, keçdiyi yol və Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
Bildirilib ki, dövlət bayrağında əks olunan rənglər xalqımızın tarixini, milliliyini, öz müstəqilliyi uğrunda mübarizəsini əks etdirir, tariximizi və bu günümüzü göstərməklə yanaşı, gələcəkdə addımlarımızı da müəyyənləşdirir. Azərbaycanın Dövlət Bayrağı milli qürur və iftixar mənbəyimizdir. Şanlı bayağımızın işğal olunmuş torpaqlarımızda da dalğalanacağı gün uzaqda deyil.
Tədbir tarix ixtisası üzrə təhsil alan tələbələrin çıxışları ilə davam edib. Tələbələr Azərbaycan bayrağını tərənnüm edən şeirlər səsləndirib, hazırladıqları videoçarxları nümayiş etdiriblər.

Elm və təhsil 2019-11-08 16:18:00