Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Füzuli Dövlət Dram Teatrı “Bayraq qürur mənbəyidir” adlı konsert-tamaşa proqramı ilə çıxış edib

Füzuli, 8 noyabr, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrı 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq qürur mənbəyidir” adlı konsert-tamaşa proqramı ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatr binası qarşısında təşkil olunmuş bayram şənliyində rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri, rayon ictimaiyyəti iştirak edib. Teatrın repertuarında olan tamaşalardan parçalar, bayram əhval-ruhiyəli rəqs və musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb və ruh yüksəkliyi yaradıb.

Regionlar 2019-11-08 16:20:00