Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Noyabrın 8-dən 9-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə yüksələcəyi, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.
Geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.

Elm və təhsil 2019-11-08 16:16:00