Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Sumqayıt” futbol klubunun iki futbolçusu əsas milliyə dəvət alıb

Sumqayıt, 8 noyabr, AZƏRTAC

“Avro-2020”nin seçmə mərhələsinin oyunlarına Azərbaycan milli komandasının heyəti açıqlanıb.
“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, komandanın iki futbolçusu - Şəhriyar Əliyev və Mehdi Cənnətov əsas millimizin heyətinə dəvət alıb.
Qeyd edək ki, seçmə mərhələnin oyunları çərçivəsində milli komandamız noyabrın 16-da Bakıda Uels, noyabrın 19-da isə səfərdə Slovakiya yığması ilə qarşılaşacaq.

İdman 2019-11-08 15:26:00