Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Naxçıvanlı atlet “41-ci İstanbul Marafonu”nda uğurlu nəticə qazanıb

Naxçıvan, 8 noyabr, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində keçirilən “41-ci İstanbul Marafonu”nda iştirak edən Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev uğurlu nəticə əldə edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, idmançımız marafonda 74-cü, azərbaycanlılar arasında isə 1-ci olaraq finiş xəttinə çatıb.
Qeyd edək ki, marafon İstanbulun Avropa qitəsindən start götürüb, iştirakçılar “15 İyul Şəhidlər Körpüsü”ndən keçərək şəhərin Asiya qitəsinə doğru hərəkət ediblər. 2012-ci ildən bu yana keçirilən, dünyada iki qitə arasında yeganə tədbir sayılan “41-ci İstanbul Marafonu”nu 42 kilometr 195 metr, 8 və 15 kilometr olmaqla üç kateqoriyadan ibarətdir. Marafona 106 ölkədən 140 minə yaxın insan qatılıb.

Regionlar 2019-11-08 15:29:00