Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nazir Reza Rəhmani: İran-Azərbaycan iqtisadi əlaqələri uğurla inkişaf edir

Tehran, 8 noyabr, AZƏRTAC

Cari ildə İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsində artım müşahidə edilir ki, bu da iki qonşu və dost ölkənin əlaqələrinin uğurla inkişaf etdiyini deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Sənaye, Mədən və Ticarət naziri Reza Rəhmani deyib. O bildirib ki, cari ilin ötən dövrü ərzində ticarət dövriyyəsi 74 faiz artıb. Lakin hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin daha da artmasına imkan verir və bu imkandan istifadə etmək lazımdır.
Nazir qeyd edib ki, İran iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində heç bir məhdudiyyət görmür. Hazırda avtomobil istehsalı və əczaçılıq sahəsində birgə iqtisadi layihələr həyata keçirilir. Digər sahələrdə də birgə layihələrin həyata keçirilməsi mümkündür. Bu, həm ticarət dövriyyəsinin, həm də hər iki ölkənin ixrac potensialının artmasına şərait yaradar.
Nəzərə çatdırılıb ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan biri kimi sərhədyanı rayonların qarşılıqlı əlaqələrini göstərmək olar.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

İqtisadiyyat 2019-11-08 15:28:00