Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mirhəsən Seyidov: “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Üçrəngli bayrağın kölgəsində mən” aksiyası geniş vüsət alıb

Bakı, 8 noyabr, AZƏRTAC
Sevindirici haldır ki, “İrəli” İctimai Birliyinin (İB) 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə həyata keçirdiyi “Üçrəngli bayrağın kölgəsində mən” aksiyası geniş vüsət alıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bunu aksiya barədə məlumat verən qurumun sədri Mirhəsən Seyidov deyib.
Aksiyanın ictimaiyyət arasında böyük maraqla qarşılanmasından məmnunluğunu ifadə edən M.Seyidov bildirib ki, aksiyanın uğurla davam etməsi ölkədə vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olmasını bir daha təsdiqləyir. 2014-cü ildə “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə dahi şairimiz Bəxtiyar Vahabzadənin “Bayraq” şeirinin geniş vüsət alaraq Azərbaycan ictimaiyyətinə təqdimatının hazırlanması, “Bayraq” əsərinin məşhurların ifasında səslənməsinə dair aksiyaya start verdik. 2016-cı ildə Azərbaycan ordusunun, gənclərin Aprel döyüşlərinin şanlı qələbəsinə həmrəylik nümayiş etdirməsi ilə bağlı “Eyvanlara bayraq asaq” aksiyasına başladıq. Beləliklə, zəfər sorağımız olan şanlı bayrağımızın eyvanlarda asılması ölkəmizdə daha da geniş vüsət almağa başladı.
“Hələ Sovet İttifaqı dövründə üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinə gətirilib, muxtar respublikanın bayrağı kimi təsdiqlənib. Bu, Azərbaycan xalqının azadlıq ruhunu daha da qüvvətləndirib və müstəqilliyimizin bərpasında önəmli rol oynayıb. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman bildirir ki, gənclər vətənpərvər ruhda yetişməlidirlər. “İrəli” İctimai Birliyi bu ilin əvvəlində Prezident İlham Əliyevin gənclərlə görüşündə vətənpərvərlik, milli ruhla bağlı fikirlərinə əsaslanaraq, illərdir formalaşan bu ənənəni davam etdirib Azərbaycan ictimaiyyətini üçrəngli bayrağın kölgəsində toplamağa başladı. Oktyabrın 26-dan davam edən aksiyamızda #BayraqMenliyimdir həştəqi ilə yüzlərlə gənc, “İrəli” İctimai Birliyinin üzvləri ilə yanaşı, nazirliklər, ali təhsil ocaqları, peşə təhsili müəssisələri, Olimpiya İdman kompleksləri, gənclər və idman idarələri, gənclər təşkilatları, Gənclər evi və mərkəzləri, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları, müxtəlif idman federasiyaları, mətbuat orqanları və digər dövlət və özəl qurumlar aksiyaya dəstək veriblər”, – M.Seyidov bildirib.
İctimai Birliyin sədri vurğulayıb ki, Azərbaycan gənci daim vətənpərvər ruhda olmalı, torpağına, bayrağına bağlı qalmalıdır. Biz də hər zaman bu mənəvi dəyərlərin inkişafı üçün çalışırıq. Bu, bizim ümummilli məsələmiz, mübarizə əzmimizin bariz nümunəsidir. Bu bayraq uğrunda yüzlərlə şəhidin qanı tökülüb, qazilərimiz fədakarlıqlar göstəriblər. Məhz buna görə səsimizə səs verib, şanlı bayrağımızı eyvanlarında dalğalandıran bütün şəxslərə təşəkkür edirəm.

Sosial 2019-11-08 15:05:00