×
A
A
A
Sazlamalar

Metronun “Cəfər Cabbarlı” stansiyasında təmir işləri gələn ilin mart-aprel aylarında yekunlaşacaq

Bakı, 8 noyabr, Elvin Camalov, AZƏRTAC

Metronun “Cəfər Cabbarlı” stansiyasında ikinci yolun bir hissəsində aparılan təmir işlərinin gələn ilin mart-aprel aylarına başa çatdırılması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, təmir işləri başa çatdırıldıqdan sonra qatarlar hər iki yol ilə hərəkət edəcək.

Nəqliyyat 2019-11-08 15:00:00