Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan nümayəndə heyəti Gürcüstan vəkilliyinin 100 illiyinə həsr olunan konfransda iştirak edib

Tbilisi, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Tbilisidə Gürcüstanda vəkillik institutunun yaranmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa Şurasının dəstəyi ilə keçirilən tədbirə 50-yə yaxın ölkədən 100-dən çox nümayəndə qatılıb. Azərbaycanı bu tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti təmsil edib.
Gürcüstan Vəkillər Kollegiyasının sədri çıxış edərək ölkəsində həyata keçirilən islahatlar, vəkillik institutunun keçdiyi yol, qazandığı uğurlar barədə məlumat verib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Bağırov çıxışında gürcü həmkarlarını təbrik edib, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarından danışıb.
Konfransda dünyada vəkillik fəaliyyəti, vəkillik institutunun inkişafı, bu sahədə beynəlxalq əməkdaşlıq və digər məsələlər barədə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Sosial 2019-11-08 14:30:00