Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xaçmazda quldurluq hadisəsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 8 noyabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə Xaçmaz rayonu ərazisində baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal təhqiqat aparılıb. Müəyyən edilib ki, noyabrın 6-da saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girmiş maskalı şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib. Həmin şəxs müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerindən uzaqlaşıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə 2019-11-08 14:10:00