Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şahmat üzrə klublararası Avropa kuboku turnirində Azərbaycanı iki komanda təmsil edəcək

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 10-da Monteneqroda start götürəcək klublararası Avropa kuboku turnirində Azərbaycanı “Vüqar Həşimov” və “Odlar Yurdu” komandaları təmsil edəcəklər.
AZƏRTAC xəbər verir ki, “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvü Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa yer alıblar. “Odlar Yurdu”nun heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparacaqlar.
Noyabrın 10-dan 16-dək keçiriləcək turnir 7 turdan ibarət olacaq.

İdman 2019-11-08 12:42:00