Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov rapid turnirinin üç turunda mübarizə aparacaq

Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də Buxarestdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışında 7-9-cu turlarının oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, şahmatçımız gün ərzində müvafiq olaraq hollandiyalı Aniş Giri, amerikalı Fabiano Karuana, rusiyalı Sergey Karyakin ilə qarşılaşacaq. Təmsilçimiz ötən altı turun birində məğlub olub, beşini heç-heçə ilə başa vurub. Altı turun yekununa görə Ş.Məmmədyarov 5 xalla yeddinci pillədədir. Turnir cədvəlinə ukraynalı Anton Korobov 9 xalla lideridir.
Noyabrın 9-10-da isə blits turniri keçiriləcək. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, “Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris, Sent-Luisdə keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində baş tutacaq. Noyabrın 30-dan dekabrın 10-dək isə Londonda final seriyanın matçları təşkil ediləcək.

İdman 2019-11-08 12:36:00