×
A
A
A
Sazlamalar

Sənaye sərgisində İran qadınlarının əl işləri nümayiş etdirilir

Bakı, 8 noyabr, AZƏRTAC

Bakı İdman Sarayında keçirilən II Beynəlxalq Sənaye Sərgisində (“CASPINDEXPO 2019”) İranın tekstil sənayesində çalışan qadınların əl işləri də nümayiş etdirilir.
Sərgidə Gilan Ticarət Palatasını təmsil edən Firəngiz Rəhmani AZƏRTAC-a müsahibəsində bildirib ki, buraya gələn ziyarətçilərə ev əşyaları, stol üçün gözəl naxışlı süfrələr, qadınlar üçün dəridən əlcək və pulqabılar təqdim edilir. Onun sözlərinə görə, malların qiyməti münasib olduğundan alış-verişdən razıdır.
Bakıda fəaliyyət göstərdiyini və artıq 15 ildir ticarətlə məşğul olduğunu deyən F.Rəhmani son illərdə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını məmnunluqla qeyd edib.

İqtisadiyyat 2019-11-08 11:51:00