Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyədə zərərsizləşdirilən daha iki təhlükəli terrorçunun şəxsiyyəti müəyyənləşib

Ankara, 8 noyabr, AZƏRTAC

Türkiyə təhlükəsizlik qüvvələrinin iyulun 19-da Diyarbəkirdə keçirdiyi antiterror əməliyyatı zamanı zərərsizləşdirilən 5 terrorçudan ikisinin şəxsiyyəti müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, bunlar Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan "Numan Batman” ləqəbli Hejar Çelik ilə "Erhan Garzan Porsipi" ləqəbli İshak Özçaktudur. Hər iki PKK terrorçusunun axtarışı üçün böyük məbləğdə vəsait ayrılmışdı.
Bildirilir ki, son illər Türkiyədə törədilən bir sıra terror aktlarının təşkilatçıları bu iki terrorçu olub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-11-08 11:29:00