Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq

Tallinn, 8 noyabr, AZƏRTAC 

Noyabrın 27-də Estoniyanın paytaxtı Tallinndəki “Artis Cinema” salonunda Azərbaycan filmi “Nəsimi”nin nümayişi olunacaq.
AZƏRTAC xəbər verir ki, baş rolda Azərbaycanın Xalq artisti Rasim Balayevin oynadığı film Azərbaycan dilində və ingilis subtitrləri ilə göstəriləcək. Giriş sərbəstdir.
“Nəsimi ili” çərçivəsində eston izləyicilərə göstəriləcək film xalqlımızın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunub.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Mədəniyyət 2019-11-08 08:20:00