Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyası Baş Məclisinin 2019-cu il 26 oktyabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Vəhdət Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

1.1. səlahiyyətli nümayəndələr:
Abdul Vahab Abdul Qasım oğlu Manafov
Etibar Vəliyəddin oğlu Səmədov
Rəhilə Xəlil qızı Heydərova
Şahlar Xudakişi oğlu Məmmədov
Zaur Kərim oğlu Kərimli

1.2. maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Rəhimə Xəlil qızı Heydərova

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Qərarlar 2019-11-07 21:00:00