Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Saatlıda avtomobildən plastik kartlar oğurlayan şəxs tutulub

Bakı, 7 noyabr, AZƏRTAC 

Noyabrın 6-da Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Sarıcalar kənd sakini İ.Alışov avtomobilindən hesabında 600 manata yaxın pul olan, özünə və anasına məxsus iki plastik kartın oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kartları oğurlayıb, hesabdakı pulu çıxaran şəxsin zərərçəkmişin həmkəndlisi 32 yaşlı M.Rəhimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Oğurladığı həmin plastik kartlar və pullar maddi sübut kimi ondan götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Hadisə 2019-11-07 16:10:00