Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb

Bakı, 7 noyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Volkswagen Passat” markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Gömrük baxışı zamanı yük yerində üzərində “Moet Chandan Champagne” yazılan 24 ədəd 0,75 litrlik, “Jagermeister” yazılan 22 ədəd 1 litrlik, “Martini” yazılan 24 ədəd 0,75 litrlik və “Rakı” yazılan 14 ədəd spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-11-07 14:33:00