Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Nərimanov rayonunda odlu silahdan istifadə etməklə xuliqanlıq edən şəxs saxlanılıb

Bakı, 7 noyabr, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan istifadə olunmaqla ictimai qaydanı kobud sürətdə pozaraq xuliqanlıq cinayəti törədən və bununla da qəsdən sağlamlığa ağır zərər vuran Salyan rayon sakini əvvəllər məhkum olunmuş Azər Orucov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il avqustun 5-də gecə saatlarında A.Orucov tanışı Ramal Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Atatürk prospektinə gələrək üzərində olan “Vinçester” markalı ov tüfəngindən atəş açaraq paytaxt sakini Ziyadxan Sədiyevə həyat üçün təhlükəli olan ağır bədən xəsarəti yetirərək xuliqanlıq edib. Saxlanılan zaman A.Orucov ifadəsində törətdiyi cinayəti etiraf edərək hadisə zamanı istifadə etdiyi odlu silahı Salyan rayonunda Kür çayına atdığını bildirib.
Polis bölməsində hal şahidlərinin iştirakı ilə Azər Orucovun üzərində şəxsi axtarış aparılan zaman ondan şəxsi istehlak miqdarından artıq çəkidə psixotrop maddələr olan metamfetamin və MDMA həbləri aşkar olunaraq götürülüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. A.Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Hadisə 2019-11-07 14:16:00