Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qaz xəttinə çırpılan avtomobildə yanğın baş verib

Bakı, 7 noyabr, AZƏRTAC

Gecə saat 1 radələrində Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nəticədə qaz tənzimləyicisinin 76 millimetr diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib. Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub.

Hadisə 2019-11-07 12:09:00