Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yasamalda qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb

Bakı, 7 noyabr, AZƏRTAC 

Yasamal rayonunun Əbilov küçəsində paytaxt sakini olan Roza Beydullayevaya qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs qadına yaxınlaşaraq onun qızıl boyunbağısını dartıb götürərək hadisə yerindən qaçıb. Zərərçəkən bu barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanıb. Həmin hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elşən Qırxlarov Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Saxlanılan şəxs ifadəsində ələ keçirdiyi boyunbağını satdığını bildirib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi və Elşən Qorxlarovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Hadisə 2019-11-07 10:45:00