Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxtda avtoservisdən avtomobil qaçırılıb

Bakı, 6 noyabr, AZƏRTAC 

Noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən qaçırılan, Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil Xəzər rayonunun Binə qəsəbəsi ərazisində işıq dirəyinə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-11-06 19:44:00