Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Səbail rayonunda quldurluq edən şəxs tutulub

Bakı, 6 noyabr, AZƏRTAC 

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında bir nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-11-06 19:30:00