Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Sosial Demokrat Partiyası Plenumunun 2019-cu il 23 oktyabr tarixli iclasının qərarı ilə səlahiyyətli nümayəndələr təyin olunmuş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Cabir Məhərrəm oğlu Dadaşov
Gühər Rza qızı Abdullayeva
Zəhra Ağadadaş qızı Ağayeva
İskəndər Tofiq oğlu Səmədov
Eldəniz Rza oğlu Ağayev
Cavanşir Yaşar oğlu Əsədov
Xanhüseyn Gülhüseyn oğlu Əliyev
Kamil Babali oğlu Həsənov
Yaşar Sərdar oğlu Əsədov
Mətanət Nurəddin qızı Əliyeva
Ağamalı Xoşbəxt oğlu Ağayev
Yaşar Cabir oğlu Əsgərov
Sevinc Azad qızı Babayeva
Rövşən Rafiq oğlu Babayev
Oğuz Nurəddin oğlu Rəhimov
Təhməz İzzət oğlu Məmmədov

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 




Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Qərarlar 2019-11-05 20:47:00