Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Latviyaya inteqrasiya” mövzusunda treninq başa çatıb

Riqa, 4 noyabr, AZƏRTAC 

Latviya Sığınacaq, Miqrasiya və İnteqrasiya Fondu və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 14-cü “Latviyaya inteqrasiya” treninqi başa çatıb.
AZƏRTAC xəbər verir ki, 12 günlük treninqdə Azərbaycan, Tacikistan, İraq, Kamerun, Şri-Lanka, Monqolustan və Banqladeşdən gəlmiş 14 tələbə iştirak edib.
Tələbələr treninq çərçivəsində Latviya dövləti, onun tarixi, mədəniyyəti və adət-ənənələri, cəmiyyətə inteqrasiya, ünsiyyət, dini və mədəni fərqlər, mənzil bazarı, məşğulluq, istirahət imkanları, təhsil, səhiyyə sistemləri, sosial təminat şəbəkəsi və sosial yardım barədə biliklərə yiyələniblər.
Sonda treninq iştirakçılarına sertifikatlar təqdim olunub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Elm və təhsil 2019-11-04 16:04:00