Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanlı alim beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Bakı, 4 noyabr, AZƏRTAC

Türkiyənin Mersin şəhərində “3-cü Beynəlxalq Mersin və Akdeniz Simpozimları” keçirilib. Dünyanın 20-dən artıq ölkəsindən 150-dən çox alimin iştirak etdiyi tədbirə azərbaycanlı alimlər də qatılıb.
Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan və türk folklorunun araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun “İmperialist 100 ilinin sonu, türk əsrinin başlanğıcı” mövzusunda məruzəsi dinlənilib.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Mersin Universiteti və MerAk Akademiyasının təşkilatçılığı ilə keçirilən simpoziumun koordinatorlarından biri olan Qalib Sayılova türkoloji araşdırmalarına görə “Türk dünyasına üstün xidmət” mükafatı təqdim edilib.

Elm və təhsil 2019-11-04 14:17:00