Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib

Bakı, 4 noyabr, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Xəzər Universitetində “Avropa İttifaqı-Azərbaycan əlaqələri” mövzusunda seminar keçirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda “Şərq tərəfdaşlığı” proqramında Azərbaycanın rolu və Aİ ilə ölkəmiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin perspektivləri müzakirə edilib.
Seminardan sonra Kestutis Yankauskas Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları ilə görüşüb. Səfirə Xəzər Universitetinin tarixi, dərəcə proqramları, beynəlxalq əlaqələri və universitetin “Erasmus+” layihələrində iştirakı barədə məlumat verilib.

Elm və təhsil 2019-11-04 14:05:00