Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Məktəblilər “Mikroorqanizmlər uşaqların gözü ilə” müsabiqəsinə böyük həvəs göstərirlər

Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun 17 noyabr - Milli Dirçəliş Gününə həsr edilən “Mikroorqanizmlər uşaqların gözü ilə” müsabiqəsinə əl işlərinin təqdim olunması yekunlaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ikinci dəfədir təşkil edilən müsabiqə məktəblilər arasında böyük marağa səbəb olub. Belə ki, indiyədək müsabiqəyə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, respublikanın müxtəlif rayon məktəblərindən də çoxlu əl işləri təqdim edilib. Hazırda müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi mərhələsinə başlanılıb.
Builki sərgidə Bakı Modern Təhsil Kompleksinin şagirdləri xüsusi fəallıq göstəriblər. Bununla bağlı institutda həmin məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib.
Görüşdə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov məktəblilərin müsabiqəyə təqdim etdikləri işlərlə bağlı suallarını cavablandırıb, onlara tövsiyələrini verib. Şagirdlərin mikrobiologiya elminə marağını nəzərə alaraq onlar üçün hər ay institutda “Açıq qapı” gününün təşkil edilməsinə razılıq verilib.

Elm və təhsil 2019-11-04 12:44:00