Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Elmi seminar: Şotlandiyalı müdrik Adam Smit

Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində 2019/2020-ci tədris ilinin ilk elmi seminarı keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda iqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev və Humanitar fənlər kafedrasının baş müəllimi Leyla Nəzirzadə “Şotlandiyalı müdrik Adam Smit” məruzəsi ilə çıxış ediblər.
Fakültədə ilk dəfə olaraq keçirilən ikili seminarda A.Smitin həyatı, fəlsəfi düşüncələri, “Mənəvi hisslər nəzəriyyəsi” və “Xalqlar sərvətinin təbiəti və səbəbləri haqqında traktat”ı əsərləri barədə məlumat verilib.
Seminarda professorlar Əlican Babayev, İrşad Kərimov, Məhiş Əhmədov və digər müəllimlər mövzu ilə bağlı çıxış ediblər.

Elm və təhsil 2019-11-04 12:38:00