Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl nazir Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
C.Bayramov vətəndaşların müraciət və təkliflərini diqqətlə dinləyib. O, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbulda vətəndaşlar əsasən müəllimlərin yerdəyişməsi, işlə təminolunma, məktəb binalarının təmiri, işə bərpaolunma, dərs saatlarının bölgüsü və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil 2019-11-04 12:10:00