×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları beynəlxalq təlimlərdə iştirak ediblər

Bakı, 2 noyabr, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları “Juniper Networks” şirkətinin təlimlərində iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlər Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) layihəsi çərçivəsində keçirilib.
Qeyd edək ki, “Juniper Networks” məhsulları korporativ və operator şəbəkələrinin, eyni zamanda, məlumat mərkəzi şəbəkə infrastrukturlarının qurulmasında geniş istifadə olunur. Bu şirkətin təlimlərində iştirak edən və sertifikat qazanan mütəxəssislər “Juniper” avadanlığını korporativ və daşıyıcı şəbəkələrdə istismar etməkdə real təcrübəyə malikdirlər.
Təlimləri uğurla başa vuran “AzScienceNet” əməkdaşları sertifikatlar əldə ediblər.

Elm və təhsil 2019-11-02 18:10:00