×
A
A
A
Sazlamalar

Azərbaycanın dilçi alimləri beynəlxalq konfransda məruzə ediblər

Bakı, 2 noyabr, AZƏRTAC

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş “Qırğız və türk dillərinin nəzəri məsələləri” mövzusunda elmi-nəzəri konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Məsud Mahmudov və həmin şöbənin elmi işçisi Rəna Məmmədova iştirak ediblər.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, Məsud Mahmudovun konfransın plenar iclasında “Korpus dilçiliyinin aktual məsələləri” mövzusunda məruzəsi dinlənilib. Elmi işçi Rəna Məmmədova isə bölmə iclasında “Konkordanslar dil araşdırmalarında” mövzusunda məruzə edib, konfrans iştirakçılarının suallarını cavablandırıb.
Konfransda bir çox türkdilli dövlətlərin (Qazaxıstan, Özbəkistan, Rusiya, Başqırdıstan) alimləri qırğız və digər türk dillərinin aktual nəzəri məsələlərinə həsr olunmuş maraqlı məruzələrlə çıxış ediblər.

Elm və təhsil 2019-11-02 16:33:00