×
A
A
A
Sazlamalar

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi Yaponiyada keçirilən müsabiqədə birinci yerə layiq görülüb

Bakı, 2 noyabr, AZƏRTAC

Yaponiyanın Yokohama şəhərində 20-ci “Kanagava Biennal dünya uşaqlarının incəsənət sərgisi” müsabiqəsi keçirilib. Müsabiqəyə 92 ölkədən 28 minə yaxın rəsm işi təqdim olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak edən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Təsviri sənət qalereyasının dərnək üzvü Banu Şıxəliyeva uğurlu nəticə əldə edib.
Banu Şıxəliyeva 1-ci yerə layiq görülərək diplomla təltif olunub.

 

Elm və təhsil 2019-11-02 14:40:00